M.ə.Rəsulzadə Bələdiyyəsinin yaydığı məlumata görə, “Birgə Yaradaq" layihəsi çərçivəsində bələdiyyə ilə Binəqədi rayon Məşğulluq Mərkəzi qarşılıqlı əməkdaşlığa dair razılığa gələrək birlikdə yeni bir layihəyə imza atıblar.
“Sən də qoşul” layihəsi bələdiyyə və məşğulluq mərkəzinin birgə əməkdaşlığı sayəsində ilk addım hesab edilə bilər.
Qeyd edək ki, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən M.ə.Rəsulzadə Bələdiyyəsi işaxtaran vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, onların məşğulluğunun təmin olunması məqsədilə bir qrup qəsəbə sakinini işlə təmin edib. Hazırda Binəqədi rayon Məşğulluq Mərkəzində işsiz olaraq qeydiyyatda olan sakinlər qəsəbənin abadlıq-quruculuq, təmizlik işlərinin görülməsinə cəlb ediliblər.
Bu məqsədlə Rəsulzadə Bələdiyyəsinin sədri H. Hüseynov təsərrüfat şöbəsinin əməkdaşları və yeni işə cəlb olunmuş şəxslərlə toplantı keçirib. Toplantıda ərazidə görüləcək işlərlə əlaqədar iş bölgü aparılıb və bununla da eyni vaxtda qəsəbə ərazisində həyata keçiriləcək “Sən də qoşul” layihəsinə bir neçə istiqamətdə start verilib.
Layihə çərçivəsində davam etdirilən abadlıq və təmizlik işləri Baksol yaşayış massivi, i.Hacıyev, Musabəyov, Davudoğlu, C.Cabbarlı küçələrində aparılıb. Bələdiyyəyə cəlb edilmiş yeni işçilər vasitəsiylə Ayrı-ayrı küçələrdə məhəllədaxili ərazilər ünvansız atılmış qabaritli tullantılardan təmizlənib, sakinlərlə bu istiqamətdə maarifləndirmə işləri aparılıb.
Baksol magistral yolunun hər iki tərəfi uzun illər yığılıb qalmış torpaq örtüyündən, bardürlər sarı qamış otlarından təmişlənib, yol kənarındakı ağacların dibləri bellənərək yumşaldılıb.
Qeyd edək ki, "Birgə Yaradaq" layihəsi çərçivəsində M.ə.Rəsulzadə Bələdiyyəsi və Binəqədi rayon Məşğulluq Mərkəzinin birlikdə həyata keçirdiyi “Sən də qoşul” layihəsi bir ay müddətində davam edəcəkdir.
Belediyye.info
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|